Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatına görə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 95-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Həmçinin həmin Məcəllənin 10.10-cu maddəsinə əsasən şəxsi xarakterli məlumat daşıyan səs və video yazılar yalnız barəsində olan şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər.