Naxçıvanda bitki yağı istehsalı məqsədilə məhsuldar qarğıdalı toxumları satışa çıxarılıb - VİDEO
Aqrar sektor əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi ilə yanaşı, bir sıra istehsal sahələrinin inkişafına da xidmət edir. “Sənaye ili”ndə muxtar respublikada istehsalına başlanılması nəzərdə tutulan ərzaq məhsulları sırasında bitki yağları da var. Qarğıdalı əkininin genişləndirilməsi və məhsuldarlığının artırılması məqsədilə Naxçıvan Toxumçuluq Mərkəzində keyfiyyətli toxum tədarükünə və satışına başlanılıb.
Satış mərkəzində dənli-paxlalı, bostan tərəvəz bitkiləri ilə yanaşı, digər kənd təsərrüfatı bitkiləri toxumlarının, eləcə də dekorativ güllərin, meyvə tinglərinin, gübrələrin, dərman preparatlarının, qarışıq və qüvvəli yemin, kənd təsərrüfatında istifadə olunan alət və avadanlıqların da satışı həyata keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:
Adilə Səfərova