Muxtar respublikada mövcud yaşıllıqların, nadir bitki nümunələrinin qorunması, floramızın zənginləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə aidiyyəti qurumların əməkdaşları Culfa rayonunun Əlincə kənd sakinləri ilə görüşüb, ekoloji-hüquqi maarifləndirmə söhbəti aparıblar.
Görüşdə Culfa Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Həsənov son dövrlər rayon ərazisində aparılan ekoloji tədbirlərdən, flora və fauna ehtiyatlarının zənginləşdirilməsi ilə bağlı görülən işlərdən bəhs edib, sakinləri bu işlərdə daha fəal olmağa çağırıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Azər Məmmədov bildirib ki, ekoloji tarazlığın qorunub saxlanılması sağlam mühitin formalaşmasında mühüm rol oynamaqla yanaşı, gələcək nəsillərin sağlam şəraitdə yaşamaq hüququnun təmin edilməsində xüsusi əhəmiyyət daşıyır. Sakinlər ekologiya sahəsində görülən məqsədyönlü tədbirlərdə - ətraf ərazilərin təmizliyi, yaşıllıqların qorunması, bitki örtüyünün zənginləşdirilməsi, meyvə bağlarının salınmasında bundan sonra da fəallıq nümayiş etdirməlidirlər.
Culfa Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Sərraf Kərimov ekologiyaya vurulan ziyana görə tətbiq olunan inzibati tədbirlər, hüquqi məsuliyyət barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Əlincə Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Nail Kərimov isə ətraf ərazilərdə həyata keçirilən ekolji tədbirlədən danışıb.
Ərhan Novruzov