Muxtar respublikanın rayonlarında fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri muzeyləri ziyarət ediblər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Muzey günləri” çərçivəsində Şərur rayonunun idarə, müəssisə və təşkilatlarının kollektivləri rayon mərkəzindəki Tarix-Diyarşünaslıq Muzeyində və Yengicə kəndindəki Şərq hamamında olublar.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi, Culfa Gömrük İdarəsi, “Naxçıvanterminalkompleks” Birliyinin kollektivləri isə Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər.

Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edən Sədərək Gömrük İdarəsi, Sədərək Rayon Prokurorluğu və Rayon Məhkəməsinin əməkdaşlarına muzey barədə ətraflı məlumat verilib. Bildirilib ki, muzeyin ekspozisiyasında 16 bölmədə 1200-dən çox maddi-mədəniyyət nümunələri nümayiş etdirilir.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: