Naxçıvanda tibbi statistlər nəzəri və praktik təcrübə keçirlər - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində tibbi statistlərin fevralın 21-dən start verilən nəzəri və praktik təcrübə kursları davam edir. Təcrübə kurslarına nazirliyin tabeliyindəki tibb müəssisələrindən 26 əməkdaş cəlb olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kurs nazirliyin Tibbi statistika və informasiya sektorunun aparıcı məsləhətçisi, həkim-statist Xavər Babayeva tərəfindən tədris olunur.
Nəzəri və praktik məşğələlərdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən icra olunan dövlət proqramlarına dair statistik hesabatların hazırlanması qaydaları tədris olunur.
Məşğələlərdə aylıq, illik rəsmi statistika hesabat formalarının işlənməsi qaydaları, əmək iqtidarsızlıq vərəqələrinin, yenidoğulmuşların, ölümlərin, hamilələrin qeydiyyatı, ambulator gəlişlər, evə gedişlər, stasionara daxil olan xəstələr, kabinələrin fəaliyyəti barədə ətraflı məlumat verilir. Həmçinin fizioterapiya, cərrahi müdaxilələr, kesar əməliyyatları, böyüklərin və uşaqların dispanserizasiyası, təcili tibbi yardım fəaliyyətləri və digər səhiyyə xidmətlərinin statistik hesabatlarının düzgün hazırlanması da izah edilir.
Təcrübə kursları 18 gün davam edəcək.
Mədinə Rəhimli