Fövqəladə Hallar Nazirliyində taktiki-xüsusi təlim keçirilib - VİDEO
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının və Xüsusi Riskli Xilasetmə Xidmətinin cəlb edilməsi ilə “Qar uçqunlarında zərərçəkənlərin axtarışı və xilasedilməsi, onlara ilkin tibbi yardımın göstərilməsi və idarəetmənin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.Təlim beynəlxalq təlimlərdə qazanılan təcrübənin öyrənilməsi və peşəkarlığın artırılması, qar uçqunları nəticəsində yaranan fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması və axtarış-xilasetmə işlərinin aparılması məqsədilə keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi keçirilən taktiki-xüsusi təlimin görüntülərini təqdim edir:
Röyal Kərimov