Rayonlarda avtomat telefon stansiyalarının internet tutumları artırılır

A- A A+

Muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri ilə yanaşı, rayonlarda da yeni nəsil texnologiyalarının qurulması, əhalinin dayanıqlı rabitə, yüksəksürətli internet və digər xidmətlərlə təmin olunması istiqamətində işlər davam etdirilir, genişzolaqlı internet şəbəkəsini genişləndirmək üçün avtomat telefon stansiyalarında internet avadanlıqlarının və telefon şəbəkəsinin montaj tutumları tələbata uyğun olaraq artırılır.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Şahbuz rayonunun Biçənək, Daylaqlı, Şahbuzkənd, Keçili və Külüs kəndlərində fəaliyyət göstərən yeni nəsil HUAWEİ NGN tipli avtomat telefon stansiyalarının internet tutumlarının artırılması  448 nəfər internet istifadəçisinin tələbatının ödənilməsinə şərait yaradıb.

Babək rayonunun Didivar, Kültəpə və Uzunoba kəndlərində də mövcud avtomat telefon stansiyalarına müxtəliftutumlu internet platalarının artırılması nəticəsində isə ümumilikdə 160 nəfər internet istifadəçisinin tələbatı ödənilib.

Qeyd edək ki, cari ilin yanvar ayında Şərur və Babək rayonlarının bir sıra yaşayış məntəqələrində əhalinin internetə olan tələbatının ödənilməsi məqsədilə mövcud avtomat telefon stansiyalarının internet tutumu artırılıb, nəticə etibarı ilə 672 istifadəçinin genişzolaqlı internetlə təmin olunmasına imkan yaranıb.

Muxtar respublikanın digər rayonlarında da əhalinin internetə olan təlabatının ödənilməsi istiqamətində  tədbirlər bundan sonra da davam etdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: