“Görünməyən qəhrəmanlar - 27 sentyabr” sənədli filmi nümayiş olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Görünməyən Qəhrəmanlar - 27 sentyabr” sənədli filmi nümayiş olunub.

Ordumuzun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqlarından bəhs edən sənədli filmi ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Orta İxtisas Polis Məktəbinin kursantlarından ibarət ümumilikdə 250 gənc izləyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyasının və İctimai Televiziyanın birgə istehsal etdiyi “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsinin çəkilişləri davam etdirilir. Heyət Əlahiddə Ümumqoşun Ordunun Qarabağ zəfərindəki rolundan bəhs edəcək növbəti bölümü üçün Naxçıvanda çəkilişlər aparıb.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: