Naxçıvanda orta əsrlər dövrünə aid yeni abidə aşkarlanıb - VİDEO
Naxçıvan Muxtar Respublikası tarixin müxtəlif dövrlərinə aid abidələrlə zəngin bir diyardır. Bu günə qədər arxeoloqlar və tarixçilər iki minə yaxın abidəni pasportlaşdırıb. Bununla belə muxtar respublika ərazisində hələ də qədər aşkar olunmayan tarixi-mədəni irs nümunələrinə rast gəlinir. AMEA Naxçıvan Bölməsi əməkdaşlarının Kəngərli rayonunun Qarabağlar kəndi ərazisində aşkarladığı orta əsrlər dövrünə aid yeni abidə də bunlardan biridir.
Naxçıvan televiziyasının əməkdaşları həmin tarixi abidə ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir: