Xocalı soyqırımı qurbanlarının xatirəsi məğrurluq simvolu Haçadağda anılıb - VİDEO

A- A A+

Türkiyə Dağçılıq Federasiyasının rəhbəri Ersan Başar və federasiya üzvləri  Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

Qonaqlar səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman növləri Federasiyasının üzvləri ilə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə çələng və gül dəstəsi qoyub, ehtiramlarını bildiriblər. Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Sonra qonaqlar qardaş türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucalan abidəsini də ziyarət edib, çələng və gül dəstəsi qoyublar.

Səfərin ikinci günü isə qonaqlar Haçadağa yürüş ediblər.

Naxçıvan televiziyasının əməkdaşları Haçadağa yürüşlə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

                                                             Azər Zeynalov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: