Muxtar respublikada əhalinin sayı 463 min nəfərə çatıb

A- A A+

İnsan amilinə verilən dəyərin nəticəsidir ki, muxtar respublikada 1 yanvar 2022-ci il tarixə əhalinin sayı 2011-ci ilin sonu ilə müqayisədə 44,5 min nəfər artaraq 463 min nəfər olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ümumi əhalinin 95,6 min nəfəri Naxçıvan şəhərində, 111,7 min nəfəri Şərur, 76,8 min nəfəri Babək, 50,4 min nəfəri Ordubad, 47,4 min nəfəri Culfa, 33,1 min nəfəri Kəngərli, 25,3 min nəfəri Şahbuz, 22,7 min nəfəri Sədərək rayonlarında qeydə alınıb. Ümumi əhalinin 231,3 min nəfərini kişilər, 231,7 min nəfərini isə qadınlar təşkil edib. Əhalinin 35,4 faizi şəhər, 64,6 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 84 nəfər olub ki, bu da 2011-ci ilin sonu ilə müqayisədə 8 nəfər çoxdur. Əhalinin ən sıx məskunlaşdığı yer Naxçıvan şəhəridir. Burada bir kvadratkilometrə 499 nəfər düşür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: