Ötən il muxtar respublikada 4068 körpə doğulub

A- A A+

2021-ci ildə muxtar respublikada 4068 körpə doğumu qeydə alınıb. Doğulanların 2136-nı və ya 52,5 faizini oğlanlar, 1932-ni və ya 47,5 faizini isə qızlar təşkil edib. Doğulan uşaqlardan 47-si əkiz olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, 2021-ci ildə muxtar respublikada doğulan oğlan uşaqlarına Yusif, Əli, Hüseyn, Uğur və Məhəmməd, qız uşaqlarına isə Zəhra, Aylin, Məryəm, Fatimə və Zeynəb adları daha çox verilib. Ümumilikdə, son 10 ildə muxtar respublikada 65,1 min uşaq doğulub. 2021-ci ildə ölüm göstəricisi muxtar respublikada əhalinin hər 1000 nəfərinə hesabı ilə 6,3 nəfər olmuşdur. 1 yaşa qədər uşaq ölümü göstəricisi isə hər 1000 doğulana hesabı ilə 4,9 nəfər təşkil edib. 2021-ci ildə muxtar respublikada 2675 nikah bağlanmış, nikaha girənlərdə orta yaş həddi kişilərdə 28,4, qadınlarda isə 24,1 yaş təşkil edib. 2012-ci ildən 1 yanvar 2022-ci il tarixədək muxtar respublikada 27 min nikah qeydə alınıb. Muxtar respublika iqtisadiyyatının davamlı inkişafı, keyfiyyətli ərzaqla təminat və digər mühüm tədbirlər bundan sonra da yeni doğulanların sağlam böyüməsinə və daha uzunömürlü yaşamalarına şərait yaradacaqdır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: