Ukraynadan təxliyə olunmuş daha 168 Azərbaycan vətəndaşı Bakıya gətirilib

A- A A+

Ukraynadakı vəziyyətlə əlaqədar təxliyə olunmuş daha 168 Azərbaycan vətəndaşı Bakıya gətirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, üçüncü çarter reysi bu gün saat 9:20 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Bu dəfə Ukraynadan təxliyə olunan azərbaycanlılar daha çox qadın və uşaqlardır. 

Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycana ümumilikdə 510 nəfər təxliyə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: