Kəngərlidə mövsümün ilk ağacəkmə aksiyası keçirilib - FOTOLAR

A- A A+

Kəngərli rayonunda əkinə yararsız olan torpaqlar əkin dövriyyəsinə qatılır, yaşıllıq sahələri genişləndirilir, yeni bağlar salınır.

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə verilən tapşırıqların icrası istiqamətində Kəngərli rayonunda yeni badam bağı salınıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rayonda mövsümün ilk ağacəkmə aksiyası Xok kəndində keçirilib, 1,5 hektar əraziyə 900 yerli şəraitə uyğun badam tingi əkilib, suvarma tədbirləri görülüb.

Qeyd edək ki, Kəngərli rayonunda yeni suvarma sistemlərinin qurulması nəticəsində suvarılan torpaqların sahəsi genişləndirilib, əkinə yararlı olmayan torpaqlar əkin dövriyyəsinə cəlb edilib. Rayonun torpaqları badamçılıq üçün əlverişli olduğuna görə son illər badam bağlarının salınmasına daha çox üstünlük verilir. Ötən illərdə aparılan yaşıllaşdırma tədbirləri çərçivəsində rayonun bir sıra ərazilərində badam bağları salınıb.

   Aygün Hüseynova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: