Şahbuz Rayon Mərkəzi Xəstəxanasında təcili tibbi yardım metodları üzrə təlim keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim heyəti “İlk yardım həyat qurtarır” devizi ilə Şahbuz Rayon Mərkəzi Xəstəxanasının əməkdaşlarına "Təcili tibbi yardımın metodları" mövzusunda təlim keçib.
Təlimdə Şahbuz Rayon Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin həkim, orta tibb işçiləri və sürücüləri iştirak edib.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinin həkimi Bəxtiyar Hüseynov və Təbrizə Əliyeva tərəfindən keçirilən təlimdə damar yolunun açılması, süni tənəffüsün və ürək masajının tətbiqi, sınıq zamanı ətrafın immobilizasiyası, arterial və digər qanaxmalar zamanı qanaxmanın dayandırılması metodu, epileptik tutmalar və digər qıcolmalar zamanı tətbiq edilən proseslər əyani vasitələrlə izah edilib.
Təlimdə mövzuya uyğun slayd göstərilib və fikir mübadiləsi aparılıb.
Xosrov İbrahimov