Qaraçuq kəndində mövsümə uyğun təmizlik, abadlıq və bərpa işləri görülür - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabe təşkilatlarının əməkdaşları hazırda Naxçıvan şəhər Qaraçuq kəndində bir sıra işlər görürlər. Kəndin yollarında təmizlik işləri aparılır, yol kənarları, ətraf ərazilər tullantılardan təmizlənir. Həmçinin kənd qəbiristanlığında olan Sanitar Təmizlik və Mənzil İstismar idarələrinin işçiləri sahədəki yaşıllıqlara mövsümə uyğun qulluq edir, ərazini tullantılardan təmizləyib səliqə-sahman yaradırlar.

Naxçıvan Şəhər Qaz İstismarı İdarəsinin əməkdaşları isə kənddəki mövcud qaz xətlərinə baxış keçirirlər. Baxış zamanı aşkar edilən nasazlıqlar aradan qaldırılır, yeraltı xətlər yerüstü xətlərlə əvəz edilir, istismara yararsız xətlər yeniləri ilə dəyişdirilir, mövcud xətlərdə rəngləmə işləri görülür. Həmçinin qazpaylayıcı qutulara baxış keçirilir və dayaqdan düşən xətlər yenidən bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılır.

Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin və Rabitə İdarəsinin əməkdaşları da kənddə müvafiq işlər görürlər. Hazırda Elektrik Şəbəkəsinin əməkdaşları Qaraçuq kəndindəki yeni yaşayış evlərinə elektrik xətləri çəkir, yol kənarlarına yeni elektrik dirəkləri basdırırlar. Rabitəçilər isə yaşayış məntəqəsindəki rabitə dirəklərinin diblərini bərkidir, abonent qutularına və rabitə xətlərinə baxış keçirirlər.

Qeyd edək ki, bundan əvvəl İcra Hakimiyyətinin aid təşkilatlarının əməkdaşları Naxçıvan şəhərindəki digər yaşayış məntəqələrində də olub, təmizlik, abadlıq və bərpa işləri həyata keçiriblər. Görülən işlər bundan sonra da davam etdiriləcək.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: