Mərkəzi Seçki Komissiyasının yeni saytı təqdim edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yeni internet saytının (msk.nakhchivan.az) təqdimatı keçirilib.

Tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanan yeni internet saytı funksionallığı, sürətli keçidlər, sosial şəbəkələrə inteqrasiyası, daha rahat istifadə imkanları ilə seçilir. Saytın müvafiq bölmələrində zəruri informasiyalar, daha təfərrüatlı informasiya alınması üçün keçidlər yerləşdirilib.

İki dildə - Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən sayt seçkilərin hazırlanıb keçirilməsi və həmçinin Mərkəzi Seçki Komissiyasının cari fəaliyyətinin işıqlandırılması üçün zəruri bölmələrlə təmin olunub. “Faydalı linklər” bölməsində “Seçkilər” İnformasiya Mərkəzinin internet səhifəsinə keçid verilib. Bu səhifədə seçki məntəqələri, onların ünvanları, seçki dairələri və seçki məntəqələri üzrə seçicilərin siyahısı ilə bağlı bütün məlumatlar yerləşdirilib. Sayt vasitəsilə seçkilər zamanı muxtar respublikanın seçiciləri seçki məntəqələrinə getmədən də öz adlarını, seçki məntəqələrini və ünvanlarını  asanlıqla tapa bilərlər.

Komissiyanın şöbə müdiri Əli Qədimov sayt barədə ətraflı məlumat verərək qeyd edib ki, saytda MSK-nın hal-hazırda fəaliyyətdə olan üzvləri və onların seçilməsi haqqında qərarlar da yer alıb. “Mətbuat xidməti” bölməsinə mütəmadi olaraq yenilənən xəbərlər, foto və videoqalereya, həmçinin hesabatlar daxil edilib.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: