Babək rayonunda istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışa 300-dən çox əl işi çıxarılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək Rayon Mədəniyyət Sarayında istedadlı qadınların əl işlərindən ibarət sərgi-satış təşkil edilib.
Bu münasibətlə keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova qadınları qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Babək Rayon Mədəniyyət şöbəsinin müdiri Fətəli Axundzadə bildirib ki, sərginin təşkil edilməsində məqsəd qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi yaşatmaqdır.
Sərgidə 23 istedadlı qadının 300-dən çox əl işi nümayiş olunub.
Adilə Səfərova