BMT-nin Məskunlaşma Proqramının nümayəndə heyəti Ağdamda səfərdədir - FOTOLAR
BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərifin başçılıq etdiyi nümayəndə heyəti Ağdam rayonunda səfərdədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfər çərçivəsində Maimuna Mohd Şərif Azərbaycan hökumətinin şəhər planlaşdırılması sahəsində apardığı bərpa işləri ilə tanış olacaq.
Xatırladaq ki, Azərbaycana 3 günlük səfər çərçivəsində UN-HABITAT proqramının icraçı direktoru ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.