Kəngərlidə yeni meyvə bağı salınıb - FOTOLAR

A- A A+

Kəngərli rayon ictimaiyyəti mövsümə uyğun olaraq yaşıllaşdırma tədbirlərini davam etdirir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,   bu istiqamətdə görülən tədbirlərin davamı olaraq  rayonun Qabıllı kəndi ərazisindəki 1,5 hektarlıq sahə yaşıllaşdırma işlərinin aparılması üçün əkinəyararlı hala salınıb, 880 yerli sort ərik tingi əkilib. Aksiya iştirakçıları ağaclara aqrotexniki qulluq göstərib və suvarma tədbirləri görüblər.

Bundan başqa Naxçıvan-Sədərək magistral yolunun Qıvraq qəsəbəsindən keçən hissəsində 1000 ədəd gül kolu əkilib.

Qeyd edək ki, görülən işlər muxtar respublikada təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə qarşıya qoyulmuş tapşırıqlara uyğun olaraq həyata keçirilir.

 

Sevgili Mustafazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: