Davamı...
Ölkəmizdə geniş yayılan tərxun çoxillik ədviyyəli bitkidir. Hələ qədimlərdə bir sıra xəstəliklərin müalicəsində ondan istifadə ediblər. Həkimlər onu yel xəstəliyi olanlara məsləhət görüblər, eyni zamanda, onun iştah artırma, həzm prosesini yaxşılaşdırma xüsusiyyətlərinə malik oduğunu bildiriblər. Köklərindən alınan ekstrat əsəb xəstəliyinin müalicəsində işlədilir. Xalq təbabətində bədən boşluqlarına su yığılmasında, dişin skorbut xəstəliyinin müalicəsində də tərxundan istifadə ediblər. Ondan alınan ekstrat mədə şirəsi ifrazının pozulması ilə əlaqədar olan hipoqastrit xəstəliyini müalicə edir. Yeməkdən 15-20 dəqiqə əvvəl 1-2 xörək qaşığı tərxun ekstratının qəbul edilməsi mədə şirəsinin turşuluğunu normal hala salır.
Kartof suyu orqanizmin hər bölgəsində qan dövranının yaxşılaşmasına yardım edir. Xüsusilə səhər ac qarına içilən kartof suyu həzm sisteminin sağlıqlı işləməsinə, qəbizlik, ishal, şişkinlik, mədə qıcqırması və həzmsizlik kimi problemlərə qarşı müalicəedici təsir göstərir. Səhərlər ac qarına içilən kartof suyunun bədəndən bütün zərərli toksinləri atdığına dair araşdırma nəticələri var. Kartof suyu qaraciyərin və öd kisəsinin təmizləməsini təmin edərək daş yaranmasına da əngəl olur. Bol orqanik turşu, mineral, ferment tərkiblidir. Səhərlər içilən kartof suyunun reflüks xəstəliyinə də faydalı olduğu deyilir.
Fol turşusu və dəmir baxımından zəngin olan kartof da bağırsaq xərçənginə qarşı qoruyucu və bağırsaq xərçəngi xəstələrində dəstəkləyici bir tərəvəzdir. Kartof suyu qansızlıq və anemiya riskini azaldır. Mədə turşuluğu ilə yanaşı mədə sancısı çəkənlərə də kartof suyu içmək tövsiyə edilir. Bundan başqa, onun tərkibindəki zəngin üzvi birləşmələr revmatizm, oynaq problemlərinə də yardım edir. Bel, ürək ağrılarında effektli fayda yaradan kartof suyu qurd xəstəliyinə qarşı da təsirlidir. Buna görə səhərlər ac qarına içilməsi məsləhətdir. Eqzema, dəri ləkələri, quru və qaşıntılı dəri üçün də kartof suyunun möcüzəvi təsiri var. Kartof suyu həm də saç köklərini bəsləyir, insanı daha gur və sağlam saçlara qovuşdurur. Bunun üçün onu yumurta ağı və balla qarışdırıb saçlara sürtün və yarım saat sonra saçlarınızı şampunla yuyun.
Kartof suyunun dadını xoşlamayanlar ona limon, ya bal qarışdırıb içə bilərlər. Onu balla qarışdırıb içmək qida zəhərlənməsinə qarşı da effektlidir.
Kartof suyunun istifadə qaydaları isə belədir: Kartofu soyub doğrayın, yuyun və şirə çəkən maşında çəkin. İki həftə səhər və axşam ac qarına yeməkdən yarım saat əvvəl 150 qr kartof suyu için. Sonra iki həftə ara verin və yenə iki həftə eyni şəkildə için.
Çaya, müxtəlif şirniyyatlara xüsusi dad qatan mixəyin də bir sıra möcüzəvi faydaları var. Mixək həzm sistemini tənzimləyir, maddələr mübadiləsini yaxşılaşdırır. Yeməkdən 15 dəqiqə öncə 1 çay qaşığı bal ilə iki mixək çubuğunu qarışdırıb çeynəmək mədə xorası və yüksək qan təzyiqi zamanı təsir edir. Arıqlayanlar üçün də çox əlverişli vasitə olan mixək, həmçinin qastrit, turşuların çatışmazlığı və digər xəstəlikləri sağaldır, əsəbləri sakitləşdirir. Mixəyin tərkibindəki yevgenol maddəsi xərçəng hüceyrələrinin ölçüsünü kiçildir, yenilərinin yaranmasının qarşısını alır. Mixəyin keyfiyyətli olub-olmadığını yoxlamaq üçün onu su ilə dolu stəkana atın, əgər çubuq suyun dibinə çökürsə, demək ki, onun tərkibində bütün vitaminlər və yağlar olduğu kimi qalıb. Yox, əgər çubuq üfüqi şəkildə üzürsə, demək ki, onu istifadə etməyə dəyməz.
Maraqlı bir nüansı qeyd edək ki, Coanna Badviq adlı həkim nə az, nə çox düz 7 dəfə tibb sahəsində Nobel mükafatına namizəd olub. O, 95 yaşında dünyasını dəyişib. Badviq fəaliyyəti müddətində öz xəstələrinin 90%-ni xərçəng bəlasından xilas etməyə nail olub. Başdöndürən uğurlarına rəğmən xanım Badviq əczaçılıq və nüvə sənayesi istehsalçılarının bir nömrəli düşməninə çevrilmişdi. Həkim Coanna əminliklə deyirdi ki, xərçəngin müalicəsi haqda bütün suallara cavab vermək iqtidarındadır. O bilirdi ki, dünya səhiyyəsi təklif etdiyi ucuz və çox faydalı müalicə üsulunu rədd edəcək. Gözlənilən hal baş verir. Səhiyyə işçiləri onu insanları aldatmaqda günahlandırıb, təklif etdiyi müalicə protokoluna barmaqarası baxırlar.
Məcunun tərkibi isə çox sadədir:
1 fincan yalnız təbii tərkibli kəsmiyi yenicə hazırlanmış kətan yağı və az miqdarda qırmızı bibər tozu ilə qarışdırılıb, taxta qaşıqla hər gün bir neçə qaşıq olmaq şərtilə yeyilir.
İkinci mərhələ isə onun tövsiyələrindən ibarətdir.
Xanım Coanna xərçəngdən əziyyət çəkən xəstələrə xüsusi pəhriz tərtib etmişdi:
Şəkər tozu əvəzinə üzüm şirəsi istifadə edin.
Heyvani yağları qəbul etməyin.
Mağazadan alınmış mayonez, ketçup və digər souslardan istifadə etməyin.
Günəş şüaları xərçəng hüceyrələrinin düşmənidir. Günəşli havada gəzintiyə çıxın.
Yerkökü, kərəviz və çuğundurun təbii şirəsini için.
Bütün dərmanlardan imtina edin.
Gün ərzində 3 dəfə ilıq nanə, qızılgül yarpağı və üzüm çayı için.
Kimyəvi tərkibli qidalardan qaçın.
Yalnız filtrlənmiş təbii su için.
Bununla bədəndə olan xərçəng hüceyrələri tədricən kiçilib, məhv olacaq.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar Institutunun əməkdaşları Naxçıvan Muxtar Respublikasının müxtəlif bölgələrinə ekspedisiya səfərləri zamanı dərman bitkiləri toplayıb gətirirlər. Nəbatat bağında dərman bitkilərinin təcrübə əkinlərindən yığılmış bitkilər haliyədə Dərman Bitkiləri laboratoriyasında emal olunur.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə və ayrı-ayrı həkimlərə təklif verilib ki, bu təbii dərman-ot vasitələri ilə müalicəyə üstünlük versinlər. Dərman qutularının Azərbaycan Respublikasının daxili bazarında və xarici dövlətlərdə satışı və reklamı üçün Naxçıvan Biznes Mərkəzi ilə sıx əməkdaşlıq edilir.
Ümumiyyətlə, bu məqsədlə 16 adda xəstəlik üçün dərman qutuları istehsal olunur. Qarışıqlar farmokoqnoziyada qəbul olunmuş xüsusi reseptlər əsasında hazırlanır, elektron tərəzi ilə 70 qram olaraq çəkilir və satışa verilir. Bəzi bitkilər xüsusi aparatda doğranılır, üyüdülür və digər bitkilərlə birlikdə qarışıqlar hazırlanır. Ta qədimdən muxtar respublikamızda yaşayan insanlar da bitkilərin müalicəvi xüsusiyyətlərini nəzərə alıb onlardan müxtəlif xəstəliklər zamanı istifadə edirlər, lakin belə hallarda həkimlə də məslətləşmək daha məqsədə uyğundur.
Sadaladığımız bu xüsusiyyətlər bitkilərlə müalicə vasitələrindən başqa insanı sağlam edən əsas məqamlardan biri də gözlərimizlə, ürəkdən gülməkdir. Kədərli, qəzəbli, depressiv olduğumuz, ağladığımız zaman orqanlarımız da zəhər ifraz edir, xoşbəxt, xoşsimalı və gülərüz olanda bədən də bal kimi şəfalı maye ifraz edəcək.
Çalışın həmişə sağlam olun!!!
Cabbar Nəcəfov
AMEA Naxçıvan Bölməsi Bioresurslar
İnstitutunun İnnovasiya və Elmi-İstehsalat şöbəsinin müdiri