Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 5-də "Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında" Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Naxçıvan Teleradiosunun əməkdaşı Süsən Rüstəmova Ali Məclis Sədrinin həmin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Qeyd edək ki, Süsən Rüstəmova 1994-cü ildən Naxçıvan Televiziyasında fəaliyyət göstərir.
Süsən Rüstəmova əməyinə verilən yüksək qiymətə görə dövlətimizə minnətdarlığını bildirib, bu təltifi muxtar respublikada media əməkdaşlarının fəaliyyətinə verilən dəyərin daha bir təzahürü kimi qiymətləndirib.