Zəngəzur Milli Parkında biotexniki tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Zəngəzur Milli Parkının Kotam kəndi ərazisində biotexniki tədbir təşkil ediblər. Ekoloqlar tərəfindən aparılan monitorinqlər zamanı yüksək dağlıq ərazidə heyvanat aləminin, xüsusən də dağ qoyunu və keçilərinin daha çox məskunlaşdığı müəyyən olunub, muflon və bezoar keçilərinin qismən ehtiyacını ödəmək üçün ərazilərə 500 kiloqram daş duz yerləşdirilib.

Məqsəd heyvanat aləminin bu ərazilərdə daha çox məskunlaşmasına şərait yaratmaqdır.

Qeyd edək ki, biotexniki tədbirlər mövsüm ərzində Şərur, Babək, Culfa və Şahbuz rayonlarında da həyata keçirilib.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: