Sabahdan Azərbaycanda yas mərasimlərinin təşkilinə və keçirilməsinə icazə veriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.
Qərara əsasən, 2022-ci il 6 mart tarixindən dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə icazə veriləcək.