“TikTok” Rusiyada fəaliyyətini dayandırıb

A- A A+

Çinin “TikTok” sosial şəbəkəsi Rusiyada fəaliyyətini dayandırmaq qərarına gəlib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sosial şəbəkə bu barədə tviter hesabında məlumat yayıb. Qeyd edilir ki, “TikTok” Rusiyanın "saxta" xəbərlərlə bağlı yeni qanuna görə fəaliyyətini dayandırıb.

indi platforma artıq istifadəçilərə Rusiyada paylaşım etməyə icazə vermir.

Sosial şəbəkədən bildirilib ki, Rusiyanın yeni saxta xəbərlə bağlı qanununun qəbulunun təhlükəsizliklə bağlı təsirlərini nəzərdən keçirərkən canlı yayımı və video xidmət üçün yeni məzmunu dayandırmaqdan başqa seçim yoxdur. “Bizim tətbiqdaxili mesajlaşma xidmətimiz pozulmayacaq", - şirkətin xəbərində deyilir.

Şirkət, həmçinin əlavə edib ki, xidmətlərin nə vaxt tam bərpa olunacağını müəyyən etmək üçün Rusiyadakı vəziyyəti qiymətləndirməyi davam etdirir.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: