Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 51 santimetr azalıb

A- A A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-140, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 20-55, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.

Departamentdən NUHÇIXAN-a bildiriblər ki, sentyabrın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 94 kubmetr təşkil etməklə ongünlük normanın 77 faizinə bərabərdir. 2017-ci ildə isə bu rəqəm saniyədə 70 kubmetr olmaqla ongünlük normanın 58 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 71 kubmetr olmaqla ongünlük normanın 97 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 10,5 kubmetr təşkil edərək ongünlük normanın 14 faizinə bərabər olub.

Sentyabrın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 4, Salyan məntəqəsində 2, Bankədə 5 santimetr artım, Araz çayının Novruzlu məntəqəsində 51 santimetr azalma qeydə alınıb, Surra məntəqəsində isə suyun səviyyəsi dəyişməyib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 339 (2017-ci il sentyabrın 10-da 324 sm), Şirvanda 195 (2017-ci il sentyabrın 10-da 213 sm), Salyanda 135 (2017-ci il sentyabrın 10-da 137 sm), Bankədə 187 (2017-ci il sentyabrın 10-da 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 31 santimetr (2017-ci il sentyabrın 10-da 60 sm) təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: