Xalq artisti Kamran Quliyevin 60 illik yubileyi qeyd edilib - FOTOLAR

A- A A+

Tədbirdə qeyd edilib ki, aktyor teatrda 80-ə yaxın dolğun insan obrazı yaradıb. Bu obrazlar dərin psixoloji dünyası ilə seçilən insan xarakterləridir. Aktyorun yaratdığı rəngarəng obraz və personajlar onu teatrsevərlərə sevdirib.

Naxçıvan teatrının səhnəsində 44 səhnə əsərinə uğurlu rejissorluq edən Kamran Quliyev “İtilənən xəncərlər”, “Əlincə qalası”, “Səyavuş”, “Şeyx Sənan”, “Topal Teymur”, “İblis”, “Dəlixanadan dəli qaçıb”, “Yarımçıq şəkil”, “Pompeyin Qafqaza yürüşü”, “Araz sahilində doğan Günəş”, “Yəhya bəy Dilqəm”, “Koroğlunun Çənlibelə qayıdışı”, “Arılar arasında”, “Ağa Məhəmməd şah Qacar”, “Qurtuluş dastanı”, “Onun iki qabırğası” və başqa bir-birindən maraqlı tamaşaların rejissoru olub. Xalq artisti Kamran Quliyev sənətə gəldiyi ilk gündən Naxçıvan televiziyası ilə sıx əməkdaşlıq edərək bir çox teletamaşalarda rol alıb, televiziya verlişlərində və bir çox dövlət tədbirlərində yaxından iştirak edib. Onun  xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Tədbirdə Xalq artistinin sənət dostları xalq artisti Rza Xudiyev, Azərbaycan Respublikasının əməkdar artisti Yusif Allahverdiyev, xalq artistləri Yasəmən Ramazanova, Rövşən Hüseynov, Şirzad Abutalıbov, Həsən Ağasoy, xalq rəssamı Hüseynqulu Əliyev, əməkdar artist Tofiq Seyidov, gənc aktyor  Səyyad Məmmədov çıxış edərək yubilyara ürək sözlərini çatdırıblar.

Sonda Xalq artisti Kamran Quliyev çıxış edərək yaradıcılığına yüksək qiymət verildiyi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib, teatr sənətimizin inkişafı üçün bundan sonra da fədakarlıqla çalışacağını deyib.

                                                                                                   

                                                                                     Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: