Narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq əldə etməyə görə sanksiyalar sərtləşdiriləcək
Cinayət Məcəlləsində narkotik vasitələr hesab olunan bitkilərin satış məqsədi olmadan xeyli, külli miqdarda, xüsusilə külli miqdarda daşınması, əldə edilməsi halları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi zərurəti ilə bağlı dəyişikliklər ediləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin martın 10-da keçirilən iclasında müzakirə olunub.
Məcəllənin 234.1-ci maddəsinin dispozisiyasından “şəxsi istehlak miqdarından artıq” sözlərinin “xeyli” sözü ilə, 237.1-ci maddənin dispozisiyasında isə “və ya onları toplama” sözlərinin “və ya yetişdirmə” sözü ilə əvəzlənməsi təklif edilib.
Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər, həmçinin narkotik vasitələri və ya psixotrop maddələri, onların prekursorlarını satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, hazırlama ilə bağlı əməllər külli və xüsusilə külli miqdarda törədildikdə, onlara görə sanksiyaların sərtləşdirlməsini də nəzərdə tutur.