Şərurda fiziki imkanları məhdud şəxslərə protez və ortezlər verilib - FOTOLAR

A- A A+

Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinə müraciət edən vətəndaşlara müvafiq xidmətlər göstərilir, onlar ortopedik məmulatlarla təmin olunurlar.    

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti dəfə Şərur rayonunda olan mərkəzin əməkdaşları tərəfindən səyyar xidmətlər zamanı sağlamlıq imkanları məhdud şəxslər mexaniki oturacaq, eşitmə aparatı və digər zəruri reabilitasiya vasitələri ilə təmin olunublar.

Qeyd edək ki, adıçəkilən xidmətlər Şərur rayonu ilə yanaşı, Kəngərli və Sədərək rayonlarında da göstərilib. Sağlamlıq imkanları məhdud şəxslərə ehtiyaclarına uyğun protez və ortezlər təqdim olunub. Fiziki imkanları məhdud şəxslər onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Aygün Hüseynova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: