Bu gün muxtar respublikada 2 milyon 236 min kvadratmetrdən artıq sahə dezinfeksiya olunub - FOTOLAR

A- A A+

Naxçıvanda qrafik əsasında genişmiqyaslı dezinfeksiya tədbirləri davam etdirilir. Bu gün də Naxçıvan şəhərində, eləcə də muxtar respublikanın rayonlarında insanların intesiv istifadə etdikləri yerlərdə tibbi-profilaktik tədbirlər aparılıb. Ümumilikdə, 2 milyon 236 min kvadratmetrdən artıq sahə dezinfeksiya olunub. 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün də səhər saatlarından etibarən Naxçıvan şəhərinin avtomobil yolları, küçə və prospektləri xüsusi təyinatlı avtomobillərlə dezinfeksiya edilib. Şəxsi heyətin iştirakı ilə isə Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, İlham Əliyev adına Olimpiya İdman Kompleksi,  səhiyyə müəssisələri, idarə və təşkilatlar, ictimai yaşayış binalarının girişləri, zirzəmisi və ətrafı, eləcə də insanların sıx toplaşdığı digər ərazilər dezinfeksiya olunub. "Əshabi-kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi ərazisində də tibbi-profilaktik tədbirlər icra edilib. Bu gün ümumilikdə Naxçıvan şəhərində 684 min  kvadratmetrdən artıq sahədə dezinfeksiya olunub.

Muxtar respublikanın rayonlarında da qrafikə uyğun dezinfeksiya işləri davam etdirilir. Rayonların bir sıra yaşayış məntəqələrində avtomobil yolları, kənd və xidmət mərkəzləri, mərasim evləri, məscidlər, ictimai iaşə obyektləri, həkim ambulatoriyaları,  idarə və təşkilatlar, qəbiristanlıqlar, ictimai yaşayış binaları və digər yerlər dərmanlanıb.

Ümumilikdə, rayonlarda 1 milyon 552 min kvadratmetrdən artıq ərazi dezinfeksiya edilib.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: