Naxçıvanda “Yüksəliş” müsabiqəsinin təqdimatı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Naxçıvan şəhərindəki Gənclik Mərkəzində keçirilən tədbirdə Yüksəliş İctimai Birliyinin maliyyə direktoru Cavid Əliyev, birliyin Hüquq və inzibati şöbəsinin rəhbəri Ümman Ağamalıyev müsabiqə barədə məlumat veriblər.

Bildirilib ki, istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə  keçirilən müsabiqədə 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək iştirak edə bilərlər. Müsabiqənin yarımfinal mərhələsinə vəsiqə qazanmış iştirakçılar Azərbaycanın ən tanınmış idarəçiləri ilə tanış olmaq fürsəti əldə edəcək, final mərhələsində tanınmış mütəxəssislərdən fərdi rəy və inkişaf planı qazanacaq. Müsabiqənin 20 qalibi  isə ən yaxşı proqramlar çərçivəsində bacarıqlarını artıracaq, eləcə də onlara fərdi inkişaf məqsədinə kömək edəcək 20 min manat pul mükafatı təqdim olunacaq. Həmçinin  qaliblər  1 il ərzində böyük şirkətlərin top-menecerləri, ictimai xadimlər və dövlət qurumlarının rəhbərləri tərəfindən karyera məsləhətləri alacaq və kadr ehtiyatı üzrə ölkənin ən yüksək hazırlıq proqramına qoşula biləcəklər.  

Tədbirdə “Yüksəliş” İctimai Birliyinin nümayəndələri tərəfindən qeydiyyatdan keçmək istəyən iştirakçılara köməklik göstərilib. 

Bildirilib ki, müsabiqə barədə ətraflı məlumatı yukselish.az saytına daxil olmaqla və ya 1820 çağırış mərkəzi ilə əlaqə saxlamaqla əldə etmək mümkündür.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

 Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: