Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTOLAR
Bu gün Azərbaycandan növbəti dəfə Ukraynaya qida məhsulları, dərman və tibbi ləvazimatdan ibarət humanitar yardım göndərilib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 380 ton olan yardım Ukraynanın paytaxtı Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq.
Təyyarə saat 09.00-da havaya qalxıb.
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.