Şərur rayonunun Məmmədsabir kəndində 0,5 hektar sahədə yeni alma bağı salınıb - FOTOLAR

A- A A+

Şərur rayonunda növbəti yaşıllaşdırma aksiyası keçirilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aksiya çərçivəsində 1000 ədəd çinar, yüzlərlə müxtəlif meyvə, meşə və dekorativ ağac əkilib.

Rayonunun idarə, müəssisə və təşkilatlarının əməkdaşları keçirilən yaşıllaşdırma aksiyasında fəal iştirak ediblər. Əkilən tinglər və meşə ağacları  suvarılıb, onlara aqrotexniki  qulluq göstərilib.

Aksiya iştirakçıları Məmmədsabir kəndində 0,5 hektar sahədə yeni alma bağı salıblar. Əraziyə calaq üsulu ilə əldə edilən məhsuldar tinglər əkilib. Yaşıllaşdırma işləri rayonun Sərxanlı kəndində də davam etdirilib.

Qeyd edək ki, bu ilin yaz mövsümündə rayonda müxtəlif ərazilərə yüzlərlə həmişəyaşıl, çinar və meyvə tinglərinin əkilməsi, yeni yaşıllıq zolaqlarının salınması da nəzərdə tutulur. Bu məqsədlə əkin materialı tədarük edilir, digər hazırlıq işləri davam etdirilir.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: