Tələbələrin Heydər Əliyev Muzeyinə ziyarəti təşkil olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Turizm Departamenti hamilik proqramı çərçivəsində Naxçıvan Dövlət Universitetində “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələrin Heydər Əliyev Muzeyinə ekskursiyasını təşkil edib.

Muzeyin direktoru Ramil Orucəliyev tələbələri muzeyin fəaliyyəti və eksponatlar barədə məlumat verərək bildirib ki, Naxçıvan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Muzeyi 10 may 1999-cu ildə fəaliyyətə başlayıb. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb.

Diqqətə çatdırılıb ki, muzeydə “Xalqımla həmrəyəm”, “Qayıdış”, “Naxçıvan yaşayır və döyüşür” bölmələri təşkil olunub. Muzeyin kitabxanasında ulu öndərimizin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.

Qeyd edilib ki, muzeydə ümummilli lider Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid şəxsi sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı tarixi müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri nümayiş etdirilir. Ümummilli liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövrünü əks etdirən eksponatlar tələbələrin xüsusi marağına səbəb olub.

                                                               Sevgili Mustafazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: