Naxçıvan gömrükçüləri 98 kq-a yaxın narkotik vasitə aşkarlayıblar - FOTOLAR

A- A A+

Naxçıvan gömrükçüləri tərəfindən daha bir fakt üzrə narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Bolqarıstan Respublikasına PVC xammalı yükü aparan “Scania” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə baxış keçirilən zaman nəqliyyat vasitəsinin yanacaq çənində şübhəli təsvirlər müəyyən edilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin sürücü tərəfində olan yanacaq çənində süni olaraq hazırlanmış, aşkarlanması xüsusilə çətinləşdirilmiş üçhissəli gizli saxlanc yerindən ümumilikdə 113 bağlamada xalis çəkisi 97 kiloqram 800 qram narkotik vasitə -  heroin aşkar edilib.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinə (Qaçaqmalçılıq) uyğun olaraq cinayət işi açılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: