Növbəti xalçaçılıq kursu başa çatıb - FOTOLAR

A- A A+

"Naxçıvan Biznes Mərkəzi” MMC-nin Xalq Yaradıcılığı Emalatxanasında keçirilən növbəti xalçaçılıq kursu başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə “Naxçıvan Biznes Mərkəzi” MMC-nin direktoru Anar Qəribov bildirib ki, əmək bazarının tələbinə uyğun olaraq milli və xalq tətbiqi sənəti növləri üzrə mərkəzin Xalq Yaradıcılığı Emalatxanasında mütəmadi kurslar keçirilir. 14 fevral - 14 mart tarixləri arasında təşkil olunan növbəti kursda iştirak edən 7 müdavim xalçaçılıq sənətinin bədii və texniki iş üsullarını öyrənib.

Kursun müəllimi Həcər Hümbətova və müdavim Zülfiyyə Xıdırova bu cür peşə təlimlərinin keçirilməsinin əhəmiyyətindən danışıblar.

Kursu müvəffəqiyyətlə bitirən müdavimlərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə 2022-ci il muxtar respublikada "Sənaye ili” elan edilib. Bununla əlaqədar təsdiq edilən Tədbirlər Planında ixtisaslı kadr hazırlığının diqqətdə saxlanılması, ali, orta ixtisas və peşə təhsili müəssisələri ilə istehsalat müəssisələri arasında əlaqələrin genişləndirilməsi, peşə kurslarının təşkili yeni vəzifələr kimi müəyyənləşdirilib. Cari ilin ötən dövründə bu istiqamətdə bir sıra işlər görülüb. Belə ki, “Naxçıvan Biznes Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Xalq Yaradıcılığı Emalatxanasında və "Buzxana" tarix-memarlıq abidəsində yerləşən xalçaçılıq emalatxanasında milli ornamentlər əsasında, müasir bədii-estetik zövqü oxşayan müxtəlif ölçülərdə 2 ədəd xalça toxunub. Xalçatoxuma müəssisələrini xammalla təchiz etmək və ixtisaslı kadrların hazırlanması, əllə xalçatoxuma sahəsində peşə təhsilinin dəstəklənməsi istiqamətində də  işlər davam etdirilib.

Mədinə  Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: