Rusiya şəkər və taxıl ixracına müvəqqəti qadağa qoyub

A- A A+

Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya İqtisadi İttifaqı ölkələrinə taxıl və üçüncü ölkələrə şəkər ixracına müvəqqəti qadağa qoyulması haqqında fərman imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya nazirlər kabinetinin mətbuat xidməti məlumat yayıb.

Taxıl üzrə məhdudiyyətlər iyunun 30-dək, şəkərlə bağlı isə 2022-ci il avqustun 31-dək qüvvədə olacaq. Taxıl qadağası buğda, çovdar, arpa və qarğıdalıya şamil edilir.

Bununla belə, sənədə əsasən bir sıra istisnalar nəzərdə tutulur. Belə ki, bu məhsulların Rusiyadan ixracı, o cümlədən humanitar yardımın göstərilməsi üçün, eləcə də beynəlxalq tranzit daşımaları çərçivəsində mümkün olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: