Sosial qayğıya ehtiyacı olan 1000 nəfərə bayram sovqatı verilib - FOTOLAR
Hər il Novruz bayramı ərəfəsində muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərlə görüşlər keçirilir, onlara bayram sovqatları təqdim edilir. Bu bayram ərəfəsində də Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında sözügedən kateqoriyadan olan şəxslərə sovqatlar verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və müvafiq rayon icra hakimiyyətlərinin nümayəndələri sakinləri bayram münasibətilə təbrik edərək bildiriblər ki, sosial qayğıya ehtiyacı olan şəxslərin sərbəst yaşayış imkanlarının artırılması, məşğulluqlarının təmin olunması, onlara müxtəlif növ sosial xidmətlərin göstərilməsi, əlamətdar günlərdə tədbirlərin keçirilməsi bu sahədə mövcud olan hərtərəfli dövlət qayğısının bariz nümunəsidir.
Bayram münasibətilə ümumilikdə bu kateqoriyadan olan 1000 nəfərə sovqatlar verilib.
Qeyd edək ki, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən tədbirlərdə iştirak edə bilməyən şəxslərə də baş çəkilib, bayram sovqatları onlara evlərində təqdim olunub.
Adilə Səfərova