Alıcılar bayram yarmarkasından razılıq edirlər - FOTOLAR
Muxtar respublikanın bütün bölgələrində ötən gündən etibarən kənd təsərrüfatı və yerli istehsal məhsullarından ibarət ənənəvi bayram yarmarkası təşkil olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki mərkəzi bazarda təşkil olunan yarmarkada ekoloji cəhətdən təmiz, mövsümə uyğun kənd təsərrüfatı məhsullarının bolluğu və qiyməti alıcıların razılığına səbəb olub.
Bayram yarmarkasında ailə təsərrüfatları və istehsal müəssisələrindən müxtəlif ərzaq və kənd təsərrüfatı məhsulları - meyvə-tərəvəz, şirniyyatlar, qablaşdırılmış məhsullar, müxtəlif növ çərəzlər, bal və süd məhsulları, şərablar və ehtiyaca uyğun digər məhsulların sahibkar və fermerlərin birbaşa özləri tərəfindən satışa çıxarılması qiymətlərə də öz təsirini göstərib.
Qeyd edək ki, bu gün Ordubad rayonunda da təşkil edilən bayram yarmarkasına maraq böyük olub. Yarmarkaya rayonun kəndlərindən ailə təsərrüfatçıları tərəfindən yüzlərlə çeşiddə məhsul çıxarılıb.
Bayram yarmarkaları martın 21-dək davam edəcək.
Ərhan Novruzov