Fermerlərə yeni texnikalar verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində fermer və təsərrüfatçılara lizinq yolu ilə yeni kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlar verilib.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev bildirib ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə ümumilikdə 2367 kənd təsərrüfatı texnikası alınıb. Bunun 313-ü cari ilin ötən dövrünün payına düşür. Alınan müxtəlif adda kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarının 1829-u lizinq yolu ilə mülkiyyətçilərə satılıb.
Sonra texnika sahiblərinə təhvil aktları təqdim olunub.
Həmin gün 11 mülkiyyətçiyə 5 traktor, 5 kotan, 2 taxılsəpən, 1 rotorlu ot biçən və 1 presvuran olmaqla 14 ədəd texnika və texnoloji avadanlıq verilib.
Qeyd edək ki, lizinq yolu ilə satılan texnikanın ilkin dəyərinin 20 faizi sahibkarlar tərəfindən ödənildikdən sonra 40 faiz güzəşt tətbiq olunur. Texnikanın dəyərinin 40 faizi 9 il müddətinə ödənilir. Bu isə imkan verir ki, torpaq mülkiyyətçiləri və sahibkarlar kənd təsərrüfatı texnikalarını çətinlik çəkmədən ala bilsinlər.
Gülməmməd Əliyev