Şərur və Culfada dezinfeksiya tədbirləri görülüb - FOTOLAR
Muxtar respublikada mövsümi xəstəliklərə və virus infeksiyasına qarşı tibbi-profilaktik tədbirlər davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu işlərin davamı olaraq bu gün tibbi-profilaktik və dərmanlama işləri Şərur və Culfa rayonlarında aparılıb.
Səhər saatlarından kənd-yaşayış məntəqələrində insanların daha sıx toplaşdığı ərazilər, kənd və xidmət mərkəzləri, mərasim evləri, məscidlər, həkim ambulatoriyaları və digər yerlər dezinfeksiya olunub.
Muxtar respublikada qrafik əsasında dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.
Röyal Kərimov