Prezident Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması üçün 400 min manat ayırıb

A- A A+

Prezident İlham Əliyev Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, Sərəncama əsasən Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayrılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: