Hərbi hissəyə 4 tona yaxın sovqat verilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında əlamətdar və bayram günləri ərəfəsində müxtəlif dövlət qurumları, müəssisə və təşkilatlar, ayrı-ayrı sahibkarlıq subyektləri tərəfindən hərbi hissələrə sovqat aparılması ənənə halını alıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, xalq-ordu birliyini daha da möhkəmlədən bu tədbirlərin davamı olaraq Novruz bayramı ərəfəsində “Sumqala Tikinti Təchizat” MMC-nin rəhbəri Kazım Mehdiyev tərəfindən Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsinə 3770 kiloqram üzüm qurusu təqdim edilib. Adı çəkilən müəssisənin Nehrəm üzümçülük təsərrüfatında yetişdirilmiş məhsulları hərbi hissənin anbarlarına təhvil verilib.

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: