Azərbaycanda dərman vasitələrinin reklamının qadağan edilməsi təklif edilir.
NUHÇIXAN-ın məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında çıxış edib.
O qeyd edib ki, dərmanların reklamı alkoqollu içkilərin və siqaretin reklamından da təhlükəlidir: “Bu, Avropada da həssas məsələdir və məhdudiyyətlər var. Bizdə də buna yenidən baxılamlı və məhdudlaşdırmalıyıq. Çünki son vaxtlar baş verənlər buna kifayət qədər əsas verir”.