Yanvarda Azərbaycanda 10 mindən çox körpə doğulub

A- A A+

Bu ilin yanvar ayında Azərbaycanda 10 min 197 körpə doğulub. Həmin göstərici əhalinin hər 1000 nəfərinə 12 təşkil edib. Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Körpələrdən 290-ı əkiz, 9-u isə üçəmdir.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yanvar ayı ərzində ölkədə 6009 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7 təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: