Sədərək rayonunda şəhid ailələrinə medallar təqdim edilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsinin əməkdaşları tərəfindən Novruz bayramı münasibətilə şəhid ailələri ilə görüş keçirilib, ailə üzvlərinə medallar və bayram sovqatları təqdim edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşdə şəhid baş leytenant Məmmədhəsən Sadıqlının atası Meydan Sadıqlı qəhrəman övladının şərəfli döyüş yolundan bəhs edərək bildirib ki, Vətən müharibəsi başladığı gündən ön xətdə rəşadətlə xidmət edən Məmmədhəsən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsinin rəisi mayor Nüsrət Vəliyev qeyd edib ki, Azərbaycanın müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir.

Şöbənin əməkdaşları şəhid Rüfət Gözəlovun da ailəsinin qonağı olub. Qəhrəman şəhidimizin anası Ruhəngiz Gözəlova övladının qəhrəmanlıq, mübarizliklə dolu döyüş yolundan fəxarətlə bəhs edib, şəhadətindən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edildiyini diqqətə çatdırıb.

Görüşlərdə hər iki şəhidin ailəsinə “Xocavəndin azad olunmasına görə” medalı və bayram sovqatları təqdim edilib.

 

Sevgili Mustafazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: