Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına medallar təqdim edilib - FOTOLAR

A- A A+

Vətən müharibəsi zamanı Azərbaycan Respublikası ərazilərinin azad edilməsi uğrunda şəhid olmuş, Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif edilmiş şəxslərin ailə üzvlərinə, qazilərə və müharibə iştirakçılarına orden, medal və vəsiqələr təqdim olunub. Naxçıvan şəhərində, Babək, Ordubad, Culfa, Kəngərli və Şahbuz rayonlarında bununla bağlı tədbirlər keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Naxçıvan şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, Vətən müharibəsində Naxçıvan şəhərinin qəhrəman övladları da rəşadət göstərib, 15 zabit və əsgərimiz tarixə öz adlarını yazdırıblar. Müharibəyə atılan həmin igid oğullarımızdan şəhid mayor Həsənov Sadiq Əli oğlu, qazi baş leytenant Həsənov Hüseyn Azad oğlu, müharibə iştirakçısı kiçik çavuş Məmmədov Nifti Akif oğlu “Cəbrayılın azad olunmasına görə”, şəhid gizir Ələkbərov Bağır Əsəd oğlu, şəhid əsgər İbrahimov Seymur Zamin oğlu, şəhid əsgər Qurbanov Xansu Elsevər oğlu, qazi çavuş Quliyev Nurlan Oruc oğlu, qazi əsgər Nəbiyev Nurəddin Şəmil oğlu, qazi əsgər Sadıxov Əyyub Elməddin oğlu, qazi kiçik çavuş Haqverdiyev Yusif Məhərrəm oğlu, müharibə iştirakçılarından əsgər Fərzalızadə Ayxan Vüsal oğlu, Əliyev Murad Pərviz oğlu, Nəcəfzadə Elsun Asif oğlu, Süleymanov Mirismayıl Etibar oğlu, Şirinov Aydın Cəfər oğlu “Xocavəndin azad olunmasına görə”,  müharibə iştirakçısı əsgər Əliyev Samir Məmməd oğlu “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunublar.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəisi Anar Aqilov çıxışında  vətənpərvər övladlarımızın keçdiyi şanlı döyüş yolundan söhbət açıb, ordumuzun Vətən müharibəsindəki qəhrəmanlığından danışıb.

Babək rayonunda keçirilən tədbirdə  əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra rayon icra hakimiyyətinin başçısı Rasim Hüseynov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə şəhid leytenant Məmmədov Ümid Fərman oğlu, şəhid gizir Novruzlu Ümid Bahadur oğlu, şəhid əsgərlər Ramazanov Rasim İsmayıl oğlu, Teymurov Elvin Mustafa oğlu, Hümbətov İmaməddin Muxtar oğlu, İbrahimov Ayaz Sultan oğlu, qazi baş gizir Məmmədov Vidadi Ələkbər oğlu, müharibə iştirakçılarından-əsgər  Cəlilov Alpər Çingiz oğlu, Bağırov Fail Gəray oğlu, Bağırov Murad Sahib oğlu, İbrahimov Rəhman Vüqar oğlu, Məmmədov Sahil Tağı oğlu, Həsənov Şəmsi Cəmil oğlu, Babayev Seymur Alim oğlu, İsmayılov İntiqam Oktay oğlu, Məmmədov Kənan Nəcəf oğlu, Həziyev Musa Natiq oğlu, Məhərrəmov Famil Cəmşid oğlu, qazi əsgər Tağızadə Yusif Sərvər oğlu, “Xocavəndin azad olunmasına görə”, qazi baş leytenant Tarverdiyev Abbasəli Vüqar oğlu “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.

Ordubad rayonunda keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov qeyd edib ki, şəhid kapitan Nəcəfov Vüqar Aydın oğlu, müharibə iştirakçısı əsgər Əzizov Səlim Vaqif oğlu “Cəbrayılın azad olunmasına görə”, şəhid leytenant Hüseynov Mətin Ramiz oğlu, şəhid əsgər Məmmədəliyev Saday Rza oğlu, müharibə iştirakçılarından -əsgər Əzizov Səlim Vaqif oğlu, Yusifov Seymur Qulu oğlu “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.

Culfa rayonunda keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev qeyd edib ki, şəhid baş leytenant Gülməmmədov Amin Mayis oğlu, şəhid leytenant Dünyamalıyev Ceyhun Zeynal oğlu, şəhid əsgər Seyidov Miryasin Mirqafar oğlu, Quliyev Kənan Vaqif oğlu, Rzayev Kənan Əbdürrəhman oğlu, Orucov Coşqun Oruc oğlu və müharibə iştirakçıları baş leytenant Behbudov Cavid Ədalət oğlu, əsgər Süleymanlı İsrafil Adil oğlu, Fərzəliyev Elmar Fuad oğlu və Məmmədov Kərim Vilayət oğlu “Xocavəndin azad olunmasına görə”, şəhid leytenant Dünyamalıyev Ceyhun Zeynal oğlu, müharibə iştirakçıları leytenant Əbülfəzli Sahib Ədalət oğlu və əsgər Əhmədov Nicat Cəfər oğlu “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Kəngərli rayonunda keçirilən tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra rayon icra hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid əsgərlər-Əsgərov Vüqar Rza oğlu, Mirzəyev Aslan Maqsud oğlu, Yüzbaşıyev İsmayıl Fəzail oğlu, İbrahimov Qurban Namiq oğlu, Məmmədov Kəmaləddin İsrail oğlu, Cəfərov Ülvi Habil oğlu, Əsgərov Təbriz Çapay oğlu, Həsənov Elməddin Elşən oğlu, Tağıyev Azər Kamil oğlu, kiçik çavuş Məmmədov Zaman Habil oğlu, qazi əsgərlər-Məmmədov Fərşad Famil oğlu, Mehdiyev Ramid Saleh oğlu, Kətanov Hüseyn Əyyub oğlu, Əliyev Cavad Rəşid oğlu, İbrahimov Məftun Rasim oğlu “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.

Şahbuz rayonunda keçirilən tədbirdə  əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə  şəhid baş leytenant Muradlı İlkin İlyas oğlu, şəhid əsgər Alməmmədov İman Tarverdi oğlu, müharibə iştirakçılarından əsgər Quliyev Fərid Malik oğlu, Rəhimov Qurban Məhərrəm oğlu, Rəhimov Kamal Famil oğlu “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.

Qeyd edək ki, keçirilən tədbirlərdə şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına orden, medal və vəsiqələr təqdim edilib.

Şəhid gizir Ələkbərov Bağır Əsəd oğlunun medalı isə 3 yaşlı oğluna təqdim edilib.

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: