Sədərəkdə mövsümi hazırlıq və təsərrüfat işləri görülür - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə verilən tapşırıqların icrası istiqamətində Sədərək rayonunda müvafiq mövsümi işlər görülür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  hazırda rayon ərazisindəki  taxıl sahələri gübrələnir, su arxları və kanallar təmizlənir, digər meliorativ tədbirlər həyata keçirilir. Bu işlərin vaxtında aparılması üçün mövcud texnikaların da qüvvəsindən səmərəli istifadə olunur. Qısa müddətdə Arpaçay sağ sahil kanalının Sədərək rayonu ərazisində 2,7 kilometrlik kanal lildən təmizlənib. Rayon ərazisindəki ara kanallarında da müvafiq işlər görülür. Meliorativ tədbirlər, həmçinin Dəmirçi və Sədərək kənd kanallarında, Heydərabad-Şirarxı kollektorunda da aparılır. Artıq 10 kilometrə yaxın ərazidə kanal və su arxları lildən təmizlənib.

Yaz-tarla işləri çərçivəsində sərhəd bölgəsinin Qaraağac kəndində 1 hektar ərazidə yeni badam bağı salınıb. Rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının qüvvəsi ilə əraziyə 500-dən artıq badam tingi əkilib.

Qeyd edək ki, rayonda torpaqlardan səmərəli istifadə etmək, əkinçiliyi və meyvəçiliyi genişləndirmək, iqtisadi baxımdan sərfəli olan bitkilərə üstünlük vermək ailə təsərrüfatçılarının əsas məşğuliyyət sahələrindəndir. Qarşıdakı günlərdə də rayon ərazisində yeni yaşıllıq zolaqlarının və meyvə bağlarının salınması nəzərdə tutulur.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: