Muxtar respublikada ictimai əhəmiyyətli yerlər dezinfeksiya olunub - FOTOLAR
Naxçıvanda aparılan genişmiqyaslı dezinfeksiya işləri bu gün də davam etdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bayram günlərində muxtar respublikada sanitar-epidemioloji vəziyyətin sabit saxlanılması, əhalinin sağlamlığının qorunması məqsədilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi və Dövlət Baytarlıq Xidməti tərəfindən hərəkətin daha çox intensiv olduğu yerlərdə dezinfeksiya tədbirləri icra edilib. Bu gün səhər saatlarından Novruz şənliyinin keçiriləcəyi “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərnişin vağzalı binasında, tələbə yataqxanasında, səhiyyə müəssisələrində yerlərdə dərmanlama tədbirləri aparılıb.
Muxtar respublikanın rayonlarında da qrafikə uyğun olaraq dezinfeksiya tədbirləri icra edilib. Əsasən istirahət məkanları, parklar, xidmət sahələri və digər ərazilər tibbi-profilaktik tədbirlərə cəlb olunub.
Röyal Kərimov