Bu gün Ümumdünya Yer Kürəsi Günüdür

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Ümumdünya Yer kürəsi Günü 1971-ci ildə təsis olunub və hər il yaz gecə-gündüz bərabərliyi günündə (20-21 mart) qeyd edilir.

Yer Gününün qeyd edilməsi ənənəsi ilk dəfə ABŞ-da meydana gəlib. 1990-cı ildən etibarən Yer Günü beynəlxalq səviyyədə qeyd olunmağa başlanılıb və bu münasibətlə keçirilən tədbirlərdə iştirakçıların sayı 141 ölkəni əhatə edərək 200 milyona çatıb. 2000-ci ildə artıq 181 ölkənin iştirakı ilə yüz milyonlarla insan bu günü qeyd edib. Hazırda dünyanın 192 ölkəsində bu gün müxtəlif aksiyalar ilə yadda qalır.

Yer Günü əsasən, iki tarixdə - martın 20-21-də və aprelin 22-də qeyd olunur. Birincisi sülhməramlı və humanist, ikincisi isə ekoloji istiqamətə malikdir.

Martın 20-sinin 1971-ci ildə BMT tərəfindən Yer Günü seçilməsi yaz gecə-gündüz bərabərliyi günündə planetin bioloji ritminin dəyişməsi, təbiətin oyanıb özünü yenilədiyi zaman öz inkişafının yeni mərhələsinə qədəm qoyması ilə əlaqədardır. BMT-nin müraciətində deyilir: “Yer Günü bütün insanların diqqətini Yer planetini onların ümumi evi kimi dərk etməyə, bütün yer üzünün birliyini və bir-birimizdən qarşılıqlı asılılığı hiss etməyə yönəltmək məqsədi daşıyan xüsusi gündür”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: